четверг, 12 января 2017 г.

Təbii fəlakətlərdən müdafiə üsulları

MÜDAFİƏ ÜSULLARI    
Əhalinin radioaktiv, kimyəvi və bakterioloji çirklənmə, təbii fəlakətlər, nəqliyyatda və istehsalat obyektlərində irimiqyaslı qəza və ya bədbəxt hadisələr, eləcə də bu kimi halların baş verməsi təhlükəsi haqqında xəbərdar edilməsinin əsas üsulu yaranmış təhlükə və davranış qaydaları haqqında telefon, radio və televiziya rabitə vasitələri ilə siqnal, şifahi məlumat və göstərişlərin verilməsidir.
Əhalinin diqqətini cəlb etmək üçün həyəcan siqnalından (sirena), səsucaldanlardan, səyyar vasitələrdən istifadə olunur. Müəssisədən (nəqliyyat vasitələrindən) gələn sirena (yüksək səsli, uğultulu fit), qırıq fitlər kimi siqnallar ümumi xəbərdarlıq siqnalı olub, "HAMININ DİQQƏTİNƏ!" mənasını daşıyır.
Həyəcan siqnalı eşidilərkən dərhal televizoru, radioqəbuledicini, reproduktoru qoşmaq, yaranmış vəziyyət və davranış qaydaları barədə Fövqəladə Hallar Nazirliyinin orqanlarının məlumatlarını diqqətlə dinləmək və onların göstərişlərinə uyğun hərəkət etmək lazımdır.
Yerli icra hakimiyyəti orqanları və Mülki Müdafiə şöbələri fövqəladə hallar komissiyaları ilə birlikdə öz ərazilərinin xüsusiyyətinə uyğun olaraq hər bir fövqəladə hadisə barədə qabaqcadan  xəbərdarlıq variantlarını hazırlayırlar. Yaranmış konkret vəziyyətdən asılı olaraq elan edilən xəbər və məlumatın məzmunu dəyişdirilir.
       1. Vulkanın püskürməsi ilə mübarizənin  üsulları:
-vulkanın vəziyyətini daim müşahidə etmək;
-təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
-müdafiə bəndlərinin qurulması;
-lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;
-lavanın su ilə soyudulması;
-yaralanmış insanlara ilk tibbi yardımın göstərilməsi
2.Sürüşmə-respublikamızda  ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır.  Sürüşmələrin qarşısını almaq üçün görülən tədbirlərdən ən vacibi həmin
ərazilərdə çoxlu sayda ağacların əkilməsidir.

3. Qar uçqunları-qar yağmış hündürlükləri atəşə tutmaqdır.

Vulkan haqqında ümumi məlumatlar

Vulkan – xaricə lava, vulkanik qazlardaşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.
Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür.
Vulkanla məşğul olan elmə vulkanologiya deyilir.
Vulkanlar forma (şit ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) s. olaraq təsnifləşdirilirlər.
Yerin 100 km dərinliyində təxminən 1000 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı formalı maqma 50 km dərinliyinə yığılır. Təzyiq çoxaldıqca maqma yarıqlarla hərəkət edərək litosferaya daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir.

Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm bərk qaz halında olan maddələr xaricə çıxır. Əksər hallarda vulkanlar konus şəklində olurlar. Vulkanın forması başqa şəkillərdə ola bilər.
Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm də bərk və qaz halında olan maddələr xaricə çıxır. Əksər hallarda vulkanlar konus şəklində olurlar. Vulkanın forması başqa şəkillərdə də ola bilər.
Püskürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o min illər boyu "mürgüləyir". Bu zaman vulkanın özündə və ətrafında olan ərazilərdə maqmatik özəyinsoyuması ilə müşaiət olunan aktivlik saxlanılır. Belə adlanan, postvulkanik dövr baş verir. Buraya fumaroltermqeyzerləri misal göstərmək olar.
Formaları
Qalxanvari vulkan;          Gunbəzi vulkan;          Qatlı vulkan;               Mürəkkəb vulkan.
Qeyzer:vulkan püskürməsi nəticəsində yerin altından təzyiqlə çıxan su ya deyilir. İslandiyada,Yeni Zelandiyada bununla evləri qızdırırlar.
Növləri
Vulkanik dağlar[
Vulkanik dağlar dedikdə vulkanların fəaliyyəti nəticəsində yaranan relyef formaları nəzərdə tutulur. Vulkanlar sönmüş və fəaliyyətdə olan qruplara bölünür. Dünyada 600-dən çox fəaliyyətdə olan vulkan var. Bunlardan 400-ə qədəri Sakit okeanhövzəsində yayılmışdır. Bu əraziyə Sakit okean "odlu qurşağı" deyirlər. Fəaliyyətdə olan vulkanların ikinci geniş yayıldığı areal Aralıq dənizi və Mərkəzi Amerika sahilləridir. Fəaliyyətdə olan vulkanlar Kaynozoy erasının cavan qırışıq dağları arasında yayılmışdır. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyaylyako (6723 m)dağıdır. Havay adaları vulkanik mənşəlidir. Burada Manua-Kea dağı var. Bu dağın dəniz səviyyəsindən hündürlüyü 4200 metrdir. Dəniz suyunun altında isə dağın 5840 metrhissəsi qalır. Dəniz səviyyəsi nəzərə alınmasa bu dağ dünyanın ən hündür dağı olardı.
Dünyada vulkanik yolla əmələ gəlmiş və sönmüş vulkan hesab olunan yüzlərlə dağ var. ElbrusKazbekAğrı dağıDəmavəndMak-Kinli və s. bunlara aiddir. Dünyada ən yüksək sönmüş vulkanik dağ Cənubi Amerikadakı Çim-Boraso`dur.

Təbii fəlakətlər haqqında ümumi məlumat

Zəlzələ-  ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz, idarə olunmaz təbbi
fəlakətdir.  Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və
yaxud mantiyanın üst qatının sürüşməsi və parçalanması nəticəsində, böyük
məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və
tez yayılan fövqəladə hallara aiddir. Bu zaman  ərzində təxlyə və qabaqlayıcı
tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də uçqun və
bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı
zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə
toqquşması nəticəsində baş verən zəlzələ növləri olur. Tarixdə ilk qeydə alınmış
zəlzələ eramızdan 2050- il  əvvələ aiddir. Son 500 il  ərzində dünyada zəlzələlər
nəticəsində  4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali

və s. şkalaları üzrə müəyyən edilir.
Vulkan püskürmələri-  yer qatının kanalları və qatları üzərində yaranan, yer
üzərinə lava, kül, zərərli qazlar, su buxarı və dağ cisimlərini püskürən geofiziki
hadisəyə deyilir. Yer üzərində 522 fəaliyyətdə olan vulkan qeydə alınlb və
bunlardan 20-40-ı hər il püskürür.  Ən çox vulkan  İndoneziyada, Yaponiyada,
Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlar
bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su, kül, dağ cisimlərinin
qırıntıları, partlayış dalğası, lil və daş axınları. Maqma dedikdə, yer daxilində
ərimiş, yüksək hərarətli, son dərəcədə közərmiş və qazlarla zəngin olan silikat
maddə nəzərdə tutulur. Vulkan konusunun  zirvəsində  yerləşən kasa şəkilli və ya
qıfa bənzər boşluğa vulkan krateri deyilir. Bəzən vulkan kraterləri su ilə dolaraq
krater göllərinin yaranmasına səbəb olur.
Sürüşmə-  daimi donma zonasından kənarda təsadüf olunan və adətən dağ
yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərini yuması, yamacların
titrəməsi və ya  əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq
sürüşməsindən ibarət hadisədir. Torpaq axını xarakterli sürüşmələrin eni onlarla,
uzunluğu isə yüzləriə metr ola bilər. Sürüşmələr uzun illər boyu tamamilə
hərəkətsiz qaldıqdan sonra qısa müddətdə fəallaşa bilər ki, belə hallarda onların
sürəti saatda onlarca metrə çata bilir. Axın sürüşmələri gilli, qumlu, yumşaq sarı
torpaqlı dağ yamacları üçün səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları
isladarkən baş verir. Respublikamızda  ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır.  
Sel- Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk
material  (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5- 2 dəfə çox olan axındır.
Sel hündürlüyü  20-40 sm olan dalğa şəklində saniyədə 20-30m sürətlə hərəkət edir
və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin
80-90%-i leysan mənşəlidir. Sel axınları yatağının mailliyi 6-20 dərəcə
hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə,
nadir hallarda isə 4-5 saat davam edir.
Qar uçqunları- Marxallar nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə
olan sahələrdə baş verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi
milyon kub metrə, maneələrə gostərdiyi təzyiq hər kvadrat metrdə 100 tona
Çatır. Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə
iri qar uçqunları təhlükəsi meydana çıxır. 
Fırtına Əsasən 9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb
olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğa -Dolmuş buludlar arasinda  əmələ gəlir. Dairəvi  şəkildə fırlanaraq Yer
səthinə  enir. Endiyi andan 30 m dərinliyində 40 -60 km məsafəni qət edə bilir.
Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200 km/saata çata bilir.  Küləyin sürəti
Bofort  şkalası ilə ölçülür. Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80
m/san (280 km/saat), dağıntıların kəmiyyətinə görə hesablanmış sürəti isə 110
m/san-dən artıqdır (400 km/saat).  Burulğan zamanı isə küləyin ölçülmüş sürəti
115 m/san (420 km/saaat), dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən
(1000 km/saat-dan) artıüdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli
şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır.
Tufan –Küləyin sürəti 0 –dan səs sürətinə qədər ola bilir. 1946- cı ilə kimi 12
ballıq  şkala ilə, 1946-cı ildən isə 18 ballıq  şkala ilə ölçülür. Tufanlar  əsasən
atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin
sürəti 26- 31 m/san arasında olur.  Atlantik okeanında tufanların sürəti hətta 241,5
m/san –yə çatır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq
ballarla belə ifadə edilir: 1 baldan kiçik, 18÷32 m/san – zəif dağıntılar törədə bilər;
1 bal, 33÷49 m/san - mülayim; 2 bal, 50÷69 m/san – xeyli dağıdıcı; 3 bal, 70/92
m/san – güclü dağıdıcı; 4 bal 98÷116 m/san – dəhşətli dağıdıcı.
Dolu –Atmosfer yağıntılarının bir növüdür. Bulud daxilində qar topalarının
hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su
damcıları olur və buz qatı ilə örtülür.  Ölçüsü 5mm-dən 55mm-ə qədərdir.