четверг, 12 января 2017 г.

Təbii fəlakətlərdən müdafiə üsulları

MÜDAFİƏ ÜSULLARI    
Əhalinin radioaktiv, kimyəvi və bakterioloji çirklənmə, təbii fəlakətlər, nəqliyyatda və istehsalat obyektlərində irimiqyaslı qəza və ya bədbəxt hadisələr, eləcə də bu kimi halların baş verməsi təhlükəsi haqqında xəbərdar edilməsinin əsas üsulu yaranmış təhlükə və davranış qaydaları haqqında telefon, radio və televiziya rabitə vasitələri ilə siqnal, şifahi məlumat və göstərişlərin verilməsidir.
Əhalinin diqqətini cəlb etmək üçün həyəcan siqnalından (sirena), səsucaldanlardan, səyyar vasitələrdən istifadə olunur. Müəssisədən (nəqliyyat vasitələrindən) gələn sirena (yüksək səsli, uğultulu fit), qırıq fitlər kimi siqnallar ümumi xəbərdarlıq siqnalı olub, "HAMININ DİQQƏTİNƏ!" mənasını daşıyır.
Həyəcan siqnalı eşidilərkən dərhal televizoru, radioqəbuledicini, reproduktoru qoşmaq, yaranmış vəziyyət və davranış qaydaları barədə Fövqəladə Hallar Nazirliyinin orqanlarının məlumatlarını diqqətlə dinləmək və onların göstərişlərinə uyğun hərəkət etmək lazımdır.
Yerli icra hakimiyyəti orqanları və Mülki Müdafiə şöbələri fövqəladə hallar komissiyaları ilə birlikdə öz ərazilərinin xüsusiyyətinə uyğun olaraq hər bir fövqəladə hadisə barədə qabaqcadan  xəbərdarlıq variantlarını hazırlayırlar. Yaranmış konkret vəziyyətdən asılı olaraq elan edilən xəbər və məlumatın məzmunu dəyişdirilir.
       1. Vulkanın püskürməsi ilə mübarizənin  üsulları:
-vulkanın vəziyyətini daim müşahidə etmək;
-təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
-müdafiə bəndlərinin qurulması;
-lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;
-lavanın su ilə soyudulması;
-yaralanmış insanlara ilk tibbi yardımın göstərilməsi
2.Sürüşmə-respublikamızda  ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır.  Sürüşmələrin qarşısını almaq üçün görülən tədbirlərdən ən vacibi həmin
ərazilərdə çoxlu sayda ağacların əkilməsidir.

3. Qar uçqunları-qar yağmış hündürlükləri atəşə tutmaqdır.

Комментариев нет:

Отправить комментарий