fəlakətdir. Zəlzələ
deyildikdə
yeraltı
təkan və yer
qatının
titrəmələri,
yer qatının və
yaxud mantiyanın üst
qatının
sürüşməsi
və parçalanması nəticəsində, böyük
məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və
tez
yayılan
fövqəladə
hallara
aiddir. Bu zaman
ərzində təxlyə və
qabaqlayıcı
tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də
uçqun və
bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı
zəlzələ, habelə yerə meteorit düşməsi və
ya planetimizin digər kosmik obyektlərlə
toqquşması nəticəsində baş
verən zəlzələ növləri olur. Tarixdə ilk qeydə alınmış
zəlzələ eramızdan 2050- il əvvələ aiddir. Son 500 il ərzində
dünyada
zəlzələlər
nəticəsində
4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali
və
s. şkalaları üzrə müəyyən edilir.
Vulkan püskürmələri- yer qatının kanalları və qatları üzərində yaranan, yer
hadisəyə deyilir. Yer üzərində 522 fəaliyyətdə olan vulkan qeydə alınlb və
bunlardan 20-40-ı hər il püskürür.
Ən çox vulkan İndoneziyada, Yaponiyada,
Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlar
bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su, kül, dağ cisimlərinin
qırıntıları, partlayış dalğası, lil və daş axınları. Maqma dedikdə, yer daxilində
ərimiş, yüksək hərarətli, son dərəcədə közərmiş və qazlarla zəngin olan silikat
maddə nəzərdə tutulur. Vulkan konusunun zirvəsində yerləşən kasa şəkilli və ya
qıfa bənzər boşluğa vulkan krateri deyilir. Bəzən vulkan kraterləri su ilə dolaraq
krater göllərinin yaranmasına səbəb olur.
Sürüşmə- daimi donma zonasından kənarda təsadüf olunan və adətən dağ
yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərini yuması, yamacların
sürüşməsindən ibarət hadisədir. Torpaq axını xarakterli sürüşmələrin eni onlarla,
uzunluğu isə yüzləriə metr ola bilər. Sürüşmələr uzun illər boyu tamamilə
hərəkətsiz qaldıqdan sonra qısa müddətdə fəallaşa bilər ki, belə hallarda onların
sürəti saatda onlarca metrə çata bilir. Axın sürüşmələri gilli, qumlu, yumşaq sarı
torpaqlı dağ yamacları üçün səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları
isladarkən baş verir. Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl zonasıdır.
material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5- 2 dəfə çox olan axındır.
Sel hündürlüyü 20-40 sm olan dalğa şəklində saniyədə 20-30m sürətlə hərəkət edir
və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin
80-90%-i leysan mənşəlidir. Sel axınları yatağının mailliyi 6-20 dərəcə
hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə,
nadir hallarda isə 4-5 saat davam edir.
olan
sahələrdə
baş verir. Qar
uçqunlarının sürəti saniyədə onlarla metrə,
həcmi
milyon kub
metrə, maneələrə gostərdiyi təzyiq hər
kvadrat
metrdə 100 tona
Çatır. Sutka
ərzində
qarın qalınlığı 30 sm-ə
çatan hallarda külli
surətdə
iri
qar uçqunları təhlükəsi meydana çıxır.
Fırtına– Əsasən
9-11 bal arasında olub, böyük dalğaların əmələ gəlməsinə səbəb
olur və güclü dağıdıcı gücə malikdir.
Qasırğa -Dolmuş buludlar arasinda əmələ gəlir. Dairəvi
şəkildə fırlanaraq Yer
səthinə
enir. Endiyi andan 30 m dərinliyində 40 -60 km məsafəni qət edə bilir.
Qasırğalar sulu və alovlu olurlar. Sürətləri 1200 km/saata çata bilir.
Küləyin sürəti
Bofort
şkalası ilə ölçülür. Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80
m/san
(280 km/saat), dağıntıların kəmiyyətinə görə hesablanmış sürəti isə 110
m/san-dən artıqdır (400 km/saat). Burulğan zamanı isə küləyin ölçülmüş sürəti
115
m/san (420 km/saaat), dağıntılarına görə hesablanmış sürəti isə
300 m/san-dən
(1000
km/saat-dan) artıüdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli
şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır.
ballıq şkala ilə, 1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən
atmosferdə baş verən silklon hadisələri nəticəsində yaranır. Bu zaman küləyin
sürəti 26- 31 m/san arasında olur. Atlantik okeanında tufanların sürəti hətta 241,5
m/san –yə çatır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq
ballarla belə ifadə edilir: 1 baldan kiçik, 18÷32 m/san – zəif dağıntılar törədə bilər;
1 bal, 33÷49 m/san - mülayim; 2 bal, 50÷69 m/san – xeyli dağıdıcı; 3 bal, 70/92
m/san – güclü dağıdıcı; 4 bal 98÷116 m/san – dəhşətli dağıdıcı.
Dolu –Atmosfer yağıntılarının bir növüdür. Bulud daxilində qar topalarının
hərəkəti nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su
damcıları olur və buz qatı ilə örtülür. Ölçüsü 5mm-dən 55mm-ə qədərdir.
ümumi melumat verin təbii fəlakət nədir?məsələn
ОтветитьУдалить